Cashback nədir və ya pul hardan gəlir?

Bu gün demək olar ki, bir çox internet mağazadan alış-veriş zamanı cashback almaq mümkündür. Lakin, heç də hər kəs və hər zaman kəşbəkin nə olduğu, necə işlədiyi və necə almaq mümkün olduğunu bilmir. Məhz buna görə də, bu məqalədə sizə kəşbək haqqında bilməli olduğunuz hər şey haqqında məlumat verəcəyik.

İlk olaraq bunları bilmək vacibdir

Mövzunu başa düşmək üçün, üç nəfərdən ibarət iştirakçı zəncirini təsəvvür etmək lazımdır: satıcı, alıcı və ödənilmiş məbləğin bir hissəini geri qaytaran əlaqələndirici tərəf. Bütün kəşbək servislərin iş prinsipi eynidir - Bonapi.link satıcıya müştəri tapmaqda yardım edir və buna görə də aldığı komissiyanı, müştəriyə qaytarır.

как работает кэшбэк

Sual yaranır - nə üçün satıcılar öz gəlirlərini kimləsə bölüşməlidir? Bu sualın cavabı çox sadədədir - cashback platforması satıcıya reklam xərclərinə qənaət etməyə yardım edir. Nəticədə isə bu pullar müştərinin cibinə qayıdır.

Cashback xidmətləri - internet mağazaya yeni müştərilər gətirmək öhdəliyi və müştərilərə isə ödədikləri pulların müəyyən hissəsinin geri qaytarılmasına zəmanət verən şirkətlərdir.

Alıcıdan heç bir yatırım tələb olunmur. Yetər ki, internet mağazaya Bonapi.link saytı üzərindən keçid olunsun və sistem müştərinin bu əməliyyatını qeydə alsın. Alıcı istər endirimlərdən, istərsə də kuponlardan istifadə etsin, ancaq yenə də cashback qazana biləcək.

Kəşbək necə işləyir?

Bonapi.link onlayn mağazalarla partnyorluq haqqında müqavilə imzalayır. Razılığa əsasən onlayn mağazalar, Bonapi.link-a onlara yönləndirdiyi alıcılara görə komissiya haqqı ödəyir. Öz növbəsində Bonapi.link alıcıya həm həmin mağazadakı xüsusi endirimləri təqdim edir, həm də aldığı komissiyanın bir hissəsini cashback şəklində alıcıya təqdim edir. Nəticədə hər üç tərəf əməliyyatdan qazanır.

Bəs cashback miqdarı necə hesablanır? Təbii ki, mağazadan asılı olaraq, ödənilmiş məbləğin bir hissəsi komissiya olaraq hesablanır və buradan da cashback məbləği əmələ gəlir. Kəşbəkin necə işlədiyini başa düşmək üçün, iş prinsipi ilə tanış olmaq lazımdır:

  1. Alıcı Bonapi.link saytını açır və kataloqdan ona lazım olan mağazanı taparaq, ora keçid edir. Sistem bu keçidi, avtomatik olaraq qeydə alır.
  2. Alıcı məhsul və ya xidməti seçərək, ödənişi edir.
  3. Satıcı, ödəniş tamamlandıqdan sonra, Bonapi.link-a razılaşdırılmış komissiya haqqını ödəyir.
  4. Bonapi.link aldığı komissiyanı, alıcı ilə bölüşdürür.

               

Sifarişdən sonra, alıcı məhsuldan imtina edərsə, cashback hesablanırmı?
Xeyr, məhsul geri qaytarılarsa, cashback hesablanmır.

Ödənilmiş məbləğin bir hissəsini geri almaq üçün, yalnız qeydiyyatdan keçməklə, iş bitmir.

Keşbeki necə almaq olar?

Cashback hər alışa görə hesablanır, lakin bunun üçün bir neçə qaydaya əməl etmək lazımdır:

  • İnternet mağazaya, Bonapi.link-dakı şəxsi hesaba daxil olduqdan sonra keçmək. Bir-başa mağazaya keçidə görə cashback hesablanmır.
  • Sifariş etdiyiniz məhsul sizə çatdıqdan sonra, internet mağazada məhsulu aldığınızı təsdiq etməklə, cashback hesablanmasını sürətləndirə bilərsiniz.
  • Yalnız onlayn alış-veriş edərək, onlayn ödəniş etmək. Telefon ilə sifarişlərin edilməsi və ya nağd ödəmədən cashback hesablanmır.
  • Sifarişdən təmamilə və ya hissəli imtina etməmək. Cashback tam ödənişə görə hesablanır, buna görə də sifarişin bir hissəsindən imtina, cashback-in tamamının ləğv olmasına səbəb ola bilər.

Telefon ilə alışlar zamanı diqqət ediləsi məqamlar.

Onlayn alış-veriş zamanı cashback-i kompyuter ilə yanaşı, mobil telefon ilə də aparılmış əməliyyatlara görə almaq olar. Lakin, telefon və kompyuter fərqli cihaz olduqlarından, diqqət edilməli məqamlar var. Problem ondan ibarətdir ki, mobil brauzerlər heç də hər zaman partnyor keçidlərini düzgün izləmir və buna görə də xüsusi mobil tətbiqin quraşdırılması lazımdır. Ancaq, heç də hər bir mağaza tətbiq üzərindən casback hesablamır.

Telefon ilə cashback əldə etməyin qaydaları:

  1. Bonapi.link şəxsi hesabına daxil olmaq.
  2. Keçiddən istifadə edərək, partnyor mağazanın saytına keçmək və səhifələr arasında keçidi minimuma endirərək, dərhal məhsulu almaq.
  3. İmkan daxilində, onlayn mağazanın mobil deyil, Desktop versiyasından istifadə etmək lazımdır. Bəzi mağazaların mobil versiyalarında, partnyor keçidlərinin izlənilməsi nəzərdə tutulmayıb.
  4. Kənar saytlara aparan reklam və ya digər keçidləri açmamaq.
  5. Alışı kompyuterdən etmək imkanı varsa, mobildən imtina etmək.

                                       

Nəyə görə kəşbək almaq olar.

Aşağıdakı kateqoriyalardan olan məhsul və xidmətlərə görə cashback almaq mümkündür:

  • geyim, ayaqqabı, aksesuar, bəzək;
  • Aviabilet, Hotel, Taksi və digər xidmətlər;
  • Məişət texnikası və elektronika;
  • Səyahət paketləri və turlar;
  • Virtual oyunlar, oyuncaqlar;
  • Sağlamlıq və gözəllik məshullar;
  • Digər.

Nəzərə almaq lazımdır ki, kəşbək əvvəlcə şəxsi hesaba qeydə alınır və sifariş məhsulu əldə edildikdən sonra, vəsait aktivləşir və nağdlaşdırmaq olar. Bu proses internet alış-verişin bir hissəsidir, çünki sifarişi ləğv və ya imtina etmək mümkündür. 

Kəşbəki necə nağdlaşdırmaq olar?

                      

  1. Cashback əldə etmək üçün ilk növbədə Bonapi.link saytımızda qeydiyyatdan keçərək, e-mail hesabınızı təsdiq etməyiniz lazımdır.
  2. Mağazalar siyahısından, sizə uyğun mağazanı seçərək, ora keçmək və sifarişinizi tamamlamalısınız. Bir neçə dəqiqə sonra, cashback sizin Bonapi.link hesabınızda öz əksini tapacaq. Lakin, bu məbləğ gözləmə statusunu alır və onu nağdlaşdırmaq mümkün deyil.
  3. Ödənişdən və sifariş əldə olunduqdan 25-35 gün sonra, cashback hesabınızda aktivləşir. Vəsaitin aktivləşməsi üçün bu qədər uzun zaman, mağazanın sifarişi təsdiq edib göndərməsi üçün tələb olunur. Onlayn mağaza Bonapi.link-a cashback-i yalnız alınmış və geri qaytarılmayan mallara görə ödəyir.
  4. Toplanmış vəsaiti nağdlaşdırmaq üçün hesabınızda minimum aktiv məbləğin toplanması lazımdır. Nağdlaşdırma metodundan asılı olaraq, minimal məbləğ dəyişdirilə bilər. Ətraflı məlumatı Şəxsi hesab - Nağdlaşdırma bölümündə öyrənmək olar.
  5. Nağdlaşdırma metodu; hal-hazırda Bonapi.link vasitəsilə topladığınız cashback məbləği Portmanat.az cüzdanına köçürülə bilər. Portamanat-a köçürtmə üçün minimum məbləğ 3 AZN, nağdlaşdırma komissiyası isə 1.00% təşkil edir. Bunun üçün sizin Portmanat.az saytında şəxsi hesab açaraq, qeydiyyat zamanı istifadə etdiyiniz mobil nömrəni nağdlaşdırma rekviziti olaraq əlavə etməyiniz lazımdır.
  6. Bundan əlavə biz Azərcell, Bakcell və Nar mobil operatorlarının hesabları, Webmoney və digər metodların əlavə edilməsi üzərində çalışırıq.
  7. Nağdlaşdırma rekviziti əlavə edilərək, təsdiq olunduqdan sonra, aktiv vəsaiti köçürtmək üçün tələb olunan məbləği yazmaq və köçürmə müraciəti etmək lazımdır. Hesabınızda yetərincə vəsait varsa, bir neçə dəqiqə sonra, vəsait sizin portmanat hesabınıza köçürüləcək.

                       

Diqqət edilməli məqamlar

Onalyn alış-veriş zamanı cashback qazanmaq üçün bəzi qaydalara diqqət etməyiniz mütləqdir. Bonapi.link olaraq bizim öhdəmizə düşən əsas vəzifə alıcı ilə satıcını əlaqələndirmək, uğurlu alış-veriş əməliyyatından sonra isə alıcını mükafatlandırmaqdır. Bu prosesin uğurlu baş tutması üçün aşağıda qeyd olunmuş məqamlara diqqət etməyiniz lazımdır.

  • Saytda qeydiyyat. Cashback qazanmaq üçün siz ilk növbədə Bonapi.link saytında qeydiyyatdan keçərək, qeydiyyat zamanı daxil etdiyiniz e-mail hesabına göndərilmiş təsdiq məktubuna tıklayaraq, hesabınızı aktivləşdirməlisiniz.
  • Mağazalar siyahısı. Bonapi.link yalnız saytda qeyd olunmuş partnyor mağazalardan alış-veriş zamanı cashback və endirim qazandıra bilər. Bunun üçün siz, həmin saytlara bir-başa deyil, Bonapi.link saytı üzərindən AKTİVLƏŞDİR düyməsini basmaqla, keçməlisiniz. Yalnız bu metodla aparılmış əməliyyatlara görə onlayn mağaza bizə sizin ödədiyiniz məbləğ və qazandığınız cashback haqqında məlumat verir. Əlavə olaraq onu qeyd etmək istərdik ki, Bonapi.link olaraq mağazalar siyahımızı artırmaqda davam edirik. Hal-hazırda saytda Çin, ABŞ, Rusiya və digər ölkələrin onlayn mağazaları yer alsa da, tezliklə coğrafiyamızı genişləndirərək Türkiyə və Avropadan onlayn mağazaları da əlavə edəcəyik.
  • Cashback faizi - onlayn mağazalar tərəfindən təyin edilir. Burada diqqət edilməli məqam odur ki, bəzi mağazalar istənilən əməliyyata görə bir faiz tətbiq etsələr də, Aliexpress kimi böyük mağazalarda cashback faizləri məhsul kateqoriyaları, brendlər və ayrı-ayrı məhsullara görə dəyişə bilər. 
  • İtmiş cashback. Bəzi hallarda alıcının cashback-i hesablanmaya bilər. Buna bir neçə səbəb ola bilər; sayta düzgün keçid edilməyib, mağaza məhsula görə cashback hesablamağı dayandırıb, internet bağlantıda problem yaranıb, məhsulu əvvəlcədən səbətə əlavə edib, sonra mağazaya keçməklə sifariş etdikdə, oxşar cashback sistemlərin cookiləri və ya brauzer əlavələri aktiv olduqda və s. Bu mövzu ilə bağlı ayrı bir məqalə hazırlanacaq.
  • Nağdlşadırma. Yuxarıda qeyd edildiyi kimi hal-hazırda əsas nağdlaşdırma metodu olaraq Portmanat cüzdanı tətbiq olunur. Bununla yanaşı mobil operator hesabları və digər metodlar üzrə də işlər aparılır. Təəssüflər olsun ki, hal-hazırda AR qanunvericiliyinə görə vəsaiti bir-başa VİSA, MasterCard bank kartına bir-başa köçürmə və ya nağd şəkildə təqdim etmək mümkün deyil.
  • Daha çox cashback. Bonapi.link olaraq biz öz istifadəçilərimizə bir neçə metodla onlayn alış-verişdən qənaət etməyə yardım edirik. Bunlardan şübhəsiz ən əsası Cashback olsa da, buna paralel olaraq partnyor mağazaların Kuponları, Endirim və Hədiyyə aksiyaları haqqında da məlumatlar paylaşılacaq. Ən əsası isə siz öz dosltarınızı dəvət linki ilə Bonapi.link-a dəvət etməklə daha çox Cashback qazana bilərsiniz. Onlayn şopinqdən maksimum qazanclı çıxmaq üçün, Bonapi.link-ın bütün imkanlarından istifadə etməyiniz lazımdır.

                                   

Background photo created by freepik - www.freepik.com