- Category
- Date
12-01-2020 11:01
Hərdən internetdən alış-veriş edərkən kimlərinsə satıcı tərəfindən aldadıldığı barədə eşitmək olar. Məhz bu cür hallara görə bir çox insan onlayn alış-verişdən çəkinir və bu cür hallar elektron ticarətə mənfi təsir göstərir. Buna görə də sizə AliExpress-dən alış-veriş edərkən diqqət etməli olduğunuz məqamları bir yerə toplayaraq, aşağıda qeyd etmişik. Aliexpress-dən alış edərkən bu qaydalara diqqət etməklə, problemli alış-verişləri minimuma sala bilərsiniz.
1. Satıcının ətraflı reytinqi
Satıcının reytinqini məhsul səhifəsinin üst hissəsində tapa bilərsiniz. Reytinqdə satıcının Aliexpress-də iş stajı, müsbət rəylərin faiz nisbəti, satılan məhsulun açıqlaması ilə uyğunluğu haqqında məlumatları görmək olar. Bunlardan əlavə satıcı ilə əlaqədə olma və çatdırılmanın sürəti kimi məlumatları da əldə etmək olar.
Müsbət rəylərin faizi 95%-dən aşağı olmamasına diqqət etmək lazımdır.
Bütün göstəricilər üzrə yüksək qiymət almış mağaza və satıcılar "Etibarlı brend" adını alır və xüsusi ikon ilə təltif olunur.
2. Məhsul reytinqi və sifariş sayı
Hər bir məhsulun 5 ballıq cədvələ uyğun öz reytinqi var. Bu reytinq alıcıların konkret məhsul haqqında verdikləri qiymətləndirmə əsasında formalaşır. Məhsul keyfiyyətlidirsə və satıcı tərəfindən verilmiş açıqlamaya uyğun gəlirsə, adətən bu məsulun reytinqi 4.5* ulduzdan yüksək olur.
Buradaca siz bu məhsulun sifariş sayı və neçə nəfərin qiymətləndirdiyini görə bilərsiniz. Spesifik məhsul deyilsə, sifariş sayı çoxdursa, məhsulun keyfiyyəti də yüksəkdir demək olar.
3. Məhsul haqqında məlumat
"Gözlənti və reallıq" tipli şəkillərdəki kimi olmaması üçün məhsul haqqında verilmiş məlumatları diqqətlə oxumaq lazımdır. Mütləq şəkildə alınacaq məhsulların; ölçü göstəriciləri, material və xüsusiyyətlərinə diqqət yetirmək lazımdır. Geyim və ayaqqabı alırsınızsa, Çin ölçülərinin Avropa ölçülərinə nisbətdə bir-iki ölçü kiçik olduğunu unutmayın. Yaxşı satıcılar bu barədə məlumat verir və ölçü rəqəmləri ilə yanaşı, santimetr ilə uzunluq vahidlərini də qeyd edirlər.
4. Alıcı rəyləri
Aliexpress-də rəyləri, yalnız məhsulu almış şəxslər yaza bilərlər. Bizə lazım olan alış haqqında ətraflı; məhsul gözləntilərə cavab verirdimi, hansı tezliklə çatdırılıb, qablaşdırmanın keyfiyyəti və s. haqqında məlumat vermiş alıcıların rəyləridir. Bir çox hallarda alıcılar şəkillər də paylaşırlar ki, bu da bizə alıncaq məhsulun real görüntüsü ilə tanış olmağa imkan verir.
Bundan başqa rəyləri şəkilli və ya şəkilsiz, seçilmiş ölkə və s. görə filtrasiya da etmək mümkündür. Ancaq, onu da qeyd etmək lazımdır ki, bəzi hallarda alıcılar həqiqəti əks etdirməyən, satıcıyla bir-başa əlaqəsi olmayan hallara görə də şikayət edərək, neqativ rəy verə bilirlər. Bu halda müsbət rəylərin sayına baxmaq məqsədə uyğundur.
Təbii ki, bir çox halda satıcının aşağı reytinqinin olmasına səbəb, onun Aliexpress-də yeniliklə fəaliyyətə başlaması da ola bilər. Əgər sənə lazım olan məhsul məhz bu satıcıdadırsa, ona yazaraq maraqlandıran detalları dəqiqləşdir. Bundan sonra, satıcının müraciəti hansı sürətlə cavablandırdığı, necə izah verdiyinə də diqqət etmək lazımdır. Hər şey sizi qane edərsə, rahatlıqla sifariş edin. Ən azından ona görə ki, Aliexpress-də alıcıların satıcılar tərəfindən aldadılmaması üçün xüsusi yoxlama mövcuddur. İlk növbədə məhsulun çatdırılması üçün müəyyən zaman aralığı (35-60 gün) verilir. Bu müddət ərzində məhsul sizə gəlib çatmazsa, siz ya gözləmə müddətini uzada, ya da dava açaraq, ödənilmiş məbləği geri ala bilərsiniz.
Nəhayət onlayn alış-veriş zamanı Bonapi.link ilə cashback qazana biləcəyinizi unutmayın. Uğurlu alışlar.