- Author
Bon
- Category
- Date
04-03-2022 11:03
Bonapi.link kəşbək platforması olaraq, üzvlərimiz üçün daimi yenilikləri etməyə davam edirik. Bu dəfəki yeniliyimiz Kəşbək Linklərin yaradılma imkanı verən “Link qısaldıcı” bölümüdür. Bu bölümün faydaları, istifadə qaydası və ən əsası nə üçün lazım olduğunu bu yazımızda izah edəcəyik.
Kəşbək link yaratmaqla siz, digər şəxslərin alışlarından kəşbək qazanma imkanı əldə edirsiniz. Kəşbək linki yaradılması üçün sadəcə, partnyoru olduğumuz onlayn mağazanın məhsulunu, link qısaldıcıda yerləşdirib, qısaltmaq lazımdır. Linklərin yaradılması haqqında aşağıda daha ətraflı məlumat verəcəyik. Bundan qabaq, hər birinizin beynində yaranan - Bundan harada və necə istifadə edə biləcəyəm? Mənə nə qazandıracaq? - suallarına cavab verəcəyik.
Yuxarıda da, qeyd edildiyi kimi kəşbək linkin köməyi ilə, həmin linkə klik edərək, alış-veriş etmiş şəxslərin qazana biləcəyi kəşbəki, siz qazanmış olacaqsınız. Burada Dostunu dəvət proqramından (referral) fərqini də izah etmək yerinə düşərdi. Dost dəvəti nəticəsində siz, dostunuzun edəcəyi alış-verişdən topladıqları kəşbəkin 5%-ni qazanmış olursunuz. Kəşbək link nəticəsində isə, dostunuzun qazana biləcəyi kəşbəkin tamamı sizə aid olur. Bəs bu funskiya harada istifadə oluna bilər?
Misal 1:
- Gəlin ən bəsit tətbiqindən başlayaq. Dostunuz sizdən hər hansı bir saytdan məsləhətli telefona keçid istəyir. Siz dostunuza Bonapi.link haqqında məlumat verib, ona Bonapi.link dəvət linki də göndərə bilərsiniz ki, o da sistemdə qeydiyyatdan keçərək, alışdan kəşbək qazansın. Ancaq, fərqli səbəblərdən bu heç də hər zaman uyğun olmaya bilər; vaxt limitlidir, dostunuza kəşbək maraqlı deyil və yaxud dostunuza sizdən dəvət linki yox, konkret məhsul haqqında məlumat lazımdır. Məhz bu hal üçün, siz kəşbək linki yaradaraq, dostunuza göndərə bilərsiniz. Dostunuz həmin linkə klik edərək, mağazadan məhsulu aldıqdan sonra, bu alışın kəşbəki sizin hesabınıza qeyd olunur. Nəticədə həm dostunuz öz istəyinə çatır, həm də siz bu alışdan qazanmış olursunuz.
Misal 2:
- Instagramda çox saylı izləyiciniz var? Story bölməsində müxtəlif maraqlı məlumatlar paylaşırsınızsa, bu paylaşımlar arasında alış-veriş etdiyiniz mağazalardan sevdiyiniz məhsullara aparan keçidləri kəşbək linklərə çevirərək, bu linklərdən keçid edən şəxslərin alışlarından qazana bilərsiniz.
Misal 3:
- Bloq yazırsınız və məqalələriniz arasında istər mağaza, istərsə də məhsullar haqqında paylaşım edirsiniz? Bu halda da, qeyd etdiyiniz məhsul və ya mağaza adlarına kəşbək linkləri bağlamaqla, bu keçidlər üzrə alışlardan qazana bilərsiniz.
Misal 4:
- Son zamanlar Telegram və Whatsapp qruplar vasitəsilə çox saylı istifadəçilərə müxtəlif növ məlumatların paylaşımları edilir ki, burada Bonapi.link Kəşbək linklərdən istifadə etməmək günah olardı. Bu metodla qruplarda həm məshullar, həm endiirmlər, həm də digər maraqlı məlumatlar paylaşa bilərsiniz.
Misal 5:
- Facebook qrupunuz var və qrupda müxtəlif məhsullar, şoppinq haqqında paylaşımlar edirsinizsə, Bonapi.link kəşbək linklərindən istifadə edərək həm qrup istifadəçilərinə faydalı məlumat ötürə, həm də bu keçidlərdən qazana bilərsiniz.
Misal 6:
- Mövzuya uyğun Youtube kanalınız var? O zaman onlayn mağazalardan aldığınız məhsul və xidmətlər haqqında məlumatlar paylaşaraq, kəşbəkli linklərlə həm izləyicilərinizə bəhs etdiyiniz məhsullara sürətli keçid təmin edə, həm də kanalınızı monetizasiya edə bilərsiniz.
Gördüyünüz kimi kəşbək linklərin paylaşım metodları və istifadə yerləri olduqca genişdir. Bu imkandan istifadə edərək, siz də öz sosial media (facebook, youtube, telegram, whatsapp, instagram, blog, tiktok) və digər kanallar vasitəsilə alternativ monetizasiya metodu yarada bilərsiniz. Bonapi.link partnyorları yalnız geyim və elektronika məhsulları deyil, eyni zamanda səyahət, onlayn xidmətlər, əyləncə, təhsil və təlim kateqoriyalarına aid, Türkiyə, ABŞ, Çin, Avropa, Rusiyadan olan 300-dən çox mağazanın birləşdiyi bir platforma olduğundan, kontent paylaşımı üçün imkanlar olduqca genişlənir.
Link necə yaradılır?
Kəşbək linkini yaratmaq üçün hazırda iki metod var. Bunlardan biri manual, digəri isə avtomatikdir.
Bonapi.link hesabınıza daxil olaraq, menyudan Link qısaldıcı bölümünə keçin. Açılmış pəncərədə, mağazadan olan linki yerləşdirmək üçün xana və Qısalt düyməsini görmüş olacaqsınız.
Hər hansı bir onlayn mağazadan məhsul səhifəsindən bir linki kopyalayaraq, Link qısaldıcı xanaya yerləşdirməyiniz lazımdır. Bundan sonra Qısalt düyməsinə klik etdikdən sonra, kəşbək linkiniz yaradılaraq, aşağıda - link qısaltma tarixçəsi bölümündə göstəriləcək. Yaratdığınız linki, kopyalayaraq, istədiyiniz sosial media, email və ya messencer vasitləsilə paylaşa bilərsiniz. Eyni zamanda burada Linkin aid olduğu mağaza, kəşbək link, link üzrə kliklərin sayı, qazanılmış və gözləmədə olan kəşbək miqdarını izləyə bilərsiniz.
Bonapi.link brauzer əlavəsindən istifadə edirsinizsə, bu halda kəşbək linkini daha rahat əldə edə bilərsiniz. Bunun üçün sadəcə daxil olduğunuz mağazada, paylaşmaq istədiyiniz məhsulun səhifəsinə keçərək, Bon Brauzer əlavəsini klikləyərək, açılmış üst pəncərədə Qısaldılmış Link xanasındakı linki kopyalayaraq, paylaşa bilərsiniz.
Diqqət edilməli məqamlar:
Bonapi.link yalnız partnyorluq etdiyi mağazalardan yaradılmış kəşbək linklərə görə, qaydalara tam edilərək edilmiş sifarişlərdən kəşbək hesablayır.
Siz mağazanın istənilən səhifəsinə aparan, kəşbək linki yarada bilərsiniz. Linki paylaşacağınız yerdən və məqsədindən asılı olaraq, ona uyğun düzgün seçim etməyiniz lazımdır. Məsələn: Mağaza əsas səhifə - sadəcə mağaza adı keçən blog məqalələrdə, instagram story və ya tiktok paylaşımlarında istifadəsi daha uyğundur. Mağaza kateqoriya və Mağaza məhsul isə direkt hər hansı bir məhsul kateqoriyası, endirim səhifəsi və yaxud bir-başa məhsula yönləndirmək istədikdə tətbiq olunması faydalı olacaq.
Hazırda bütün linklər Bonapi.link domaini ilə qısaldılır. Bəzi istifadəçilərimiz öz paylaşımlarında Bonapi.link domain adını gizləmək istəyə bilərlər, bu halda əlavə olaraq bit.ly kimi link qısaldıcılardan da istifadə edə bilərsiniz.
Sonda onu qeyd edək ki, Kəşbək link qısaltma xidmətimizin üzərində əlavə işlər də aparılaraq, tezliklə daha çox funskional və imkanları əlavə olunacağı planlanır.