- Category
- Date
11-02-2020 08:02
İnternetdən alış-verişləri bank kartları olmadan təsəvvür etmək mümkün deyil. Belə ki, bəyənib almaq istədiyiniz məhsulu və ya xidməti seçib, ödənişi etmək istədikdə sifarişinizi tamamlamaq üçün sizdən bank kartınızın məlumatları tələb olunacaq. Xüsusilə də Bonapi.link ilə internetdən etdiyiniz sifarişlərdən cashback qazanmaq üçün, ödənişi bank kartı ilə onlayn etməyiniz lazımdır. Buna görə də düşündük ki, əgər Bonapi.link ilə cashback əldə edə biliriksə, bəlkə bank kartlarının da verdiyi üstünlüklərdən yararlanaraq daha çox mənfəət əldə etmək mümkündür? Bu sual sizi də maraqlandırırsa, yerinizi rahat edərək, oxumağa davam edin.
Bank kartlarından istifadə edərək ikiqat fayda əldə etmək istəyiriksə, siyahımızdan müxtəlif endirim və cashback verən bank kartlarını çıxartmalıyıq. Səbəb isə odur ki, bu növ endirimlərin sizin alışınızla demək olar ki, əlaqəsi olmur və ya kəşbək almağınıza mane ola bilir. Buna görə də biz, Bonapi.link ilə kəşbək qazanmaq və əlavə fayda əldə edə biləcəyimiz bank xidmətləri haqqında düşünməliyik. Bu hal üçün ən uyğun olanı isə miles qazandıran bank kartlarıdır. Miles kartları ilə istər onlayn, istərsə də oflayn alış-veriş zamanı hesabınıza miles və digər xallar toplanır ki, kifayət qədər topladıqda miles xallarını aviabilet xərcini qarşılaya bilərsiniz.
Aşağıda sizin üçün Azərbaycan bazarında geniş yayılmış, əldə edərək faydalana biləcəyiniz miles bank kartlarını təqdim edirik.
BirBank Miles
Kapital Bank-ın təqdim etdiyi BirBank miles kartını əldə etməklə, hər ödənişdən miles və ürəklər toplaya bilərsiniz. BirBank miles kartını əldə etdikdə sizə Platinum səviyyəli MasterCard təqdim olunacaq. İnternetdən alış-veriş etdikdə ödənişlərinizi BirBank miles kartı ilə etdikdə həm miles, həm də Bonapi.link-dan istifadə edərək kəşbək toplaya bilərsiniz.
Üstünlüklər
Milləri istənilən aviabiletə dəyişmək imkanı - o deməkdir ki, toplanılmış milləri hər hansı bir aviaşirkətin biletinə deyil, istənilən aviabilet ilə əvəzləyə bilərsiniz. Bunun üçün onlayn aviabilet aldıqda, ödənişi BirBank miles kartı ilə etməyiniz kifayətdir. Hesabınızda yetərincə, mil olarsa onları ödənilmiş məbləğ ilə əvəzləyib, pulunuzu geri ala bilərsiniz.
Hesab qalığına millərin hesablanması (İllik 2%)
Qazanılmış millərin 2 il qüvvədə qalması
Platinum kart olması
Kartı 3 valyutada əldə etmək imkanı (AZN/USD/EUR)
Kartınızla etdiyiniz nağdsız əməliyyatdan mil qazanmaq imkanı
"MasterCard Airport Experiences" və "Lounge key" xidmətləri
Toplanılmış millərin heç bir əlavə ödəniş olmadan istənilən avia-şirkətdən alınmış biletə əvəz olunması.
Yeni müştəriyə bonus millər hədiyyə (1500 mil)
Partnyor mağazalarda daha çox mil qazanmaq imkanı
Ürək xalların toplanması
Birkar millərinin THY milləri ilə dəyişdirilməsi
Millərin hesablanması
Ölkədaxili əməliyyatlara görə hesablanan mil* | 1 AZN = 1 Mil |
Ölkəxarici əməliyyatlara görə hesablanan mil** | 1 AZN = 1.5 Mil |
Depozit gəlirlərinə görə hesablanan mil | 1 AZN = 65 Mil |
Cashback imkanı verən partnyorlarda hesablanan mil | Cashback faizi / 1.5 |
Milləri hər hansı aviabiletə dəyişmək üçün hesablama forması | 65 Mil = 1 AZN |
Milləri Türk Hava Yolları millərinə dəyişmək üçün hesablama forması | 2 BirKart Mili = 1 THY Mili |
* Kredit, Komunal, İctimai nəqliyyat, Dövlət ödənişləri istisna olunur. BirBank vasitəsilə edilən kommunal ödənişlərə isə millər hesablanır.
** Göstərilən tarif AZN hesabı olan kartla ödənişə aiddir. Dollar və Avro hesablı kartlar üçün millər 1 AZN = 1 Mil tarifi üzrə hesablanır.
Cədvəldən də gördüyünüz kimi, ölkəxarici internet mağazalardan edilmiş alışlardan, xərclədiyiniz hər 1 AZN qarşılığında 1,5 mil əldə edə bilərsiniz. Bunun üzərinə Bonapi.link kəşbəki də əlavə etdikdə, 2 qat xeyir əldə etmiş oluruq.
Lakin, BirKart miles kartının faydası bununla bitmir. Belə ki, BirKart miles ilə ödəniş zamanı millər ilə yanaşı, Ürək adlı xüsusi xallar da toplanır ki, bunları da topladıqda, xüsusi hədiyyələrə dəyişmək mümkündür. Bu zaman kart ilə edilmiş ödənişlərdən hər 1 AZN qarşılığında 5 ürək, BirBank mobil tətbiqi vasitəsilə edilmiş ödənişlərdən isə 5-10-20 ürəyə qədər xal toplaya bilərsiniz.
Beləliklə, internetdən alış-veriş zamanı ödənişlərinizi BirKart miles ilə etdikdə eyni anda həm millər, həm ürək xallar, həm də Bonapi.link ilə kəşbək qazana bilərsiniz.
BirKart miles kartınının qiyməti, 3 il üçün 80 AZN təşkil edir.
Kapital Bankın təqdim etdiyi Birkart miles haqqında, əldə etmə şərtləri barədə daha ətraflı bankın rəsmi səhifəsindən əldə edə bilərsiniz.
UniMiles
Növbəti bəhs edəcəyimiz kart isə Unibank-ın təqdim etdiyi UniMiles debit kartıdır. Digər kart kimi, Unimiles kartı ilə də istər onlayn, istərsə də oflayn alışlarınızdan millər toplaya bilərsiniz. Hər iki kartın İşləmə məntiqi demək olar ki, eynidir. Yalnız təklif etdikləri əlavə xidmətlər və imkanları sarıdan bir-birində fərqlənə bilirlər. İnternetdən alış-veriş etdikdə ödənişlərinizi Unimiles kartı ilə etdikdə həm miles, həm də Bonapi.link-dan istifadə edərək kəşbək toplaya bilərsiniz.
Üstünlüklər
Milləri istənilən hava yollarının aviabiletinə dəyişmək imkanı
Hava limanına pulsuz gediş (Bolt-dan ilk gediş)
Pulsuz səyahət sığortası (1-11 gün və ildə bir dəfə əldə etmək imkanı)
Səfirliyə (VİZA üçün) pulsuz arayış
MasterCard Unimiles əldə olunduğu zaman pulsuz Priority Pass kartı hədiyyə verilir (1 ədəd)
Pulsuz çıxarış (aylıq və gündəlik)
Qazanılmış millərin 2 il qüvvədə qalması
Pulsuz SMS Bankçılıq
Komissiyasız nağdlaşdırma (Unibank ATM-lərində 0%)
Kartın qalığına əlavə 3%-dək
Lounge Key zalına giriş imkanı
Özünə və ya digər şəxsin adına pulsuz bilet almaq imkanı
Xoşgəldim milləri hədiyyə (1000 mil)
Taxfree-nin karta qaytarılması (Avropada alış-veriş zamanı ƏDV qaytarılması ən sadə yolu)
Millərin hesablanması
Birkart miles kartından fərqli olaraq, Unimiles kartında millərin dəyəri bank ilə əməkdaşlıq edən partnyor mağazalardan asılıdır və xərclədiyiniz hər manata görə 0,5 ilə 5 mil arasında hesablanır. Milləri hər hansı aviabiletə dəyişmək üçün hesablama forması 50 Mil = 1 AZN.
* Daha çox Mil qazanmaq üçün partnyor mağazalarda Unibank pos terminalı tələb edin.
** Bəzi partnyorlarda millər yalnız seçilmiş məhsullara şamil oluna bilər.
Təəssüflər olsun ki, Unimiles səhifəsində ölkəxarici və onlayn alışlar zamanı toplanan millər haqqında ətraflı məlumat verilməyib. Lakin, Unimiles kartı ilə ödəniş zamanı millər ilə yanaşı, Bal adlı xüsusi xallar da toplanır ki, bunları da topladıqda, xüsusi hədiyyələrə dəyişmək mümkündür. Birkartdan fərqli olaraq, Unimiles ballarını həm alış-verişdən, həm də müxtəlif növ tapşırıqları yerinə yetirməklə toplamaq olar.
Beləliklə, internetdən alış-veriş zamanı ödənişlərinizi Unimiles ilə etdikdə eyni anda həm millər, həm ballar, həm də Bonapi.link ilə kəşbək qazana bilərsiniz.
Unimiles kartınının qiyməti, 3 il üçün 100 AZN təşkil edir.
UniBankın təqdim etdiyi Unimiles haqqında, əldə etmə şərtləri barədə daha ətraflı bankın rəsmi səhifəsindən əldə edə bilərsiniz.
Növbəti bloq yazımızda daha 2 bankın miles kartları və əldə edə biləcəyiniz imkanlar haqqında ətraflı məlumatı oxuya biləcəksiniz.