- Category
- Date
04-11-2020 05:11
Portmanat vasitəsilə Bonapi.link-dan kəşbəki nağdlaşdıran üzvlərimizin diqqətinə. Sentyabr ayından etibarən, Bonapi.link balansınızı Portmanata köçürə bilməniz üçün sistemdə Qızıl status əldə etməyiniz lazımdır. Statusun əldə edilməsi ödənişsizdir və Portmanat daxili pul göndərilməsi-alınması imkanı yaradır. Qızıl statusu olmayan istifadəçilərə pul göndərilməsi mümkün olmadığından, bu prosedurdan keçmək mütləqdir.
Aşağıda Portmanat qızıl statusunu necə əldə etməli olduğunuzun izahatı verilib.
İlk növbədə Portmanat.az saytından hesabınıza daxil olmalısınız. Hesabınıza daxil olduqdan sonra, sağ üst hissədə Balans bölməsinin altındakı, Limit yazsının üzərinə klikləyərək, Paketlər bölməsinə keçməyiniz lazımdır.
Növbəti addımda Qızıl paketi seçib, Təsdiqə Başla düyməsinə klikləyin.
Təzə açılmış pəncərədə, tələb olunan Ad, Soyad, Şəxsiyyət vəsiqənizin FİN kodu, Şəxsiyyət vəsiqəsinin üz tərəfinin şəkli və Şəxsiyyət vəsiqəniz ilə Selfi çəkərək formu doldurmalısınız. Məlumatların doğruluğunu təsdiq edərək, göndərin.
Göndərilmiş məlumatlar bir neçə saat ərzində yoxlandıqdan sonra, təsdiq olunacaq. Bundan sonra, Bonapi.link vasitəsilə balansınızdakı Aktiv məbləği Portmanat hesabınıza göndərə bilərsiniz.
İlk müraciətdən statusunuz təsdiqlənməzsə, təkrar yoxlayın. Bir çox halda Şəxsiyyət vəsiqəsinin şəkli keyfiyyətsiz ola biləcəyindən, təkrar müraciət tələb oluna bilər. Burada xüsusilə qeyd etmək istərdik ki, bu tələb Bonapi.link tərəfindən deyil, Portmanat tərəfindən istənilir və qızıl statusu olmayan istifadəçilərin cüzdanlarına pul köçürülməsi mümkün deyil.
Digər bir qeyd ondan ibarətdir ki, yeni qaydalara əsasən Portmanat vasitəsilə ödənişlər ayda iki dəfə, 15 və 30 tarixlərində həyata keçiriləcək. Bu o deməkdir ki, hər hansı bir ayın 1-14 tarixləri arasında edilən nağdlaşdırma müraciətləri, həmin ayın 15-i, 15-29 tarixləri arasında edilən müraciətlər isə həmin ayın 30-u tarixində portmanat hesabına köçürüləcək.
Portmanat hesabınız yoxdursa, buradan keçid edərək özünüzə hesab aça bilərsiniz.