Kəşbək hesablanma qaydaları

Kəşbəkin hesablanması üçün, aşağıdakı kəşbək ilə alış qaydalarına riayət etməyiniz lazımdır. Qaydalara riayət etdiyinizdə, kəşbək hesablanacaq!

  • Bir nömrəli məsləhət

    Bonapi.link Brauzer əlavəsini quraşdır. Proqram cashback aktiv olan mağazaya daxil olduqda sizi xəbərdar edəcək və kəşbək hesablanmasının aktiv olub olmadığı barədə məlumatlandıracaq. BONAZ BRAUZER ƏLAVƏSİ

  • Kənar brauzer əlavələrini söndürün

    Bəzi brauzer əlavəsi təmamilə başqa mövzularda sizin işinizə yarasalar da, arxa fonda sizin alışlarınızdan kəşbəki özləri qazana bilirlər. Bu növ əlavələrə misal olaraq: Adblock, friGate CDN, Aliexpress Seller Check, və VPN/Proxy/Socks və digərlərini göstərmək olar. Kəşbək ilə alış-veriş etmək istədikdə istifadəyə yardım etməyən bütün proqramları müvəqqəti də olsa söndürməyiniz lazımdır.

  • Bir brauzer sessiyası çərçivəsində alın

    Alışlarınızı Bonapi.link saytından keçid etdikdən sonra etməyiniz lazımdır. Hətta Bonapi.link-dan sayta keçərək, məhsulu seçib səbətə əlavə edib, saytı bağlayıb, bir neçə saat sonra qayıdaraq səbətdəki malları sifariş etsəniz belə, çox güman ki, cashback hesablanmayacaq. Eynilə əvvəlcədən səbətdə olan məhsulları, Bonapi.link-dan keçdikdən sonra sifariş etdikdə cashback hesablanmayacaq. 

  • Yalnız onlayn sifariş edin

    Bonapi.link yalnız onlayn mağazalar ilə əməkdaşlıq edir və yalnız onlayn ödənişlərdən sonra cashback hesablanır. Digər ödəniş metodları və yaxud offlayn mağazadan alış-verişə görə cashback hesablanmır.

  • Yalnız Bonapi.link promokod və kuponlarını istifadə edin

    Kənar mənbələrdən əldə edilmiş və ya bizim saytımızda olmayan promokodlar, kupon, endirim aksiyaları, bonus xallarından istifadə edildiyində cashback hesablanmayacaq. Bundan əlavə bəzi bankların xüsusi kəşbək kartları ilə ödəmə nəticəsində də kəşbək hesablanmaya bilir. Aliexpress tipli saytlarda satıcı sizə xüsusi endirim və yaxud qiymət dəyişikliyi etdiyi halda da, kəşbək hesablanmır.

  • Kəşbək məhsula görə ödənilmiş məbləğə görə hesablanır

    Mağazaların əksəriyyəti yalnız məhsula görə ödənilmiş məbləğ üzərindən kəşbək hesablayır (daşınma, endirim, kupon, bonus xalları çıxmaqla). Türkiyənin internet mağazalarından edəcəyiniz ödənişlərdən isə ƏDV çıxıldıqdan sonra, yerdə qalan məbləğ əsas məbləğ olaraq götürülür və cashback bu rəqəm üzərindən hesablanır. Buna görə də, Türkiyə internet mağazalarından edəcəyiniz ödəmənin məbləği ilə, kəşbək hesablanan məbləğ hesabınızda fərqli göstəriləcək.

  • Mağazaların qaydaları ilə tanış olun

    Sifariş etməmişdən öncə mağazasnın kəşbək hesablanma qaydaları ilə tanış olun. Burda qeyd olunandan əlavə xüsusi şərtlər varsa, biz saytımızdakı mağaza səhifəsində bunu qeyd edirik. Məsələn, bəzi mağazlar veb versiyadan edilən alışlardan kəşbək hesablasa da, mobil sayt və ya mobil tətbiqdən edilən alışlara görə kəşbək hesablamır. Bu məqamlara diqqət etməyiniz lazımdır.

  • Mobil telefon və tətbiqlərdən sifariş qaydaları

    Bir çox mağazanın mobil tətbiqi üzərindən alışlardan kəşbək hesablanmır. Bu həm mobil cihazdan çıxan müştəri kodunun izlənmə çətinliyi, həm də mağazanın tətbiq etdiyi qaydalardan qaynaqlana bilər. Buna görə də kəşbək qazanmaq istədikdə, veb versiyadan istifadə etməyiniz kəşbəkin hesablanmama riskini azaldır. 

  • Hüquqi şəxs adına sifarişlər

    Hüquqi şəxslərin adına edilmiş sifarişlərə görə bir çox hallarda satıcı tərəfindən kəşbək ləğv oluna bilər. Bu mövzuda yardıma ehtiyyacınız olarsa, bizim ilə əlaqə saxlamağınız lazımdır: [email protected]

  • Kəşbək tez-tez itdiyi hallarda:

    Məsləhət №1: Çalışın sifarişinizi kəşbək funksiyasını aktivləşdirdikdən sonra 1 saat ərzində həyata keçirəsiniz. Sifariş etdiyiniz anda kənar brauzer əlavələrini söndürüb, sifarişinizi tamamlayın. Bir çox hallarda mağazalarda kəşbək hesablanması üçün çərəz (cookie) müddəti bir neçə gün ola bilər. Lakin, hər ehtimala qarşı sifarişinizi dərhal edin və brauzer əlavəmizi quraşdıraraq aktivləşdirin.

    Məsləhət №2: Kəşbəkli alış-veriş üçün ayrı bir brauzerdən istifadə edin. Bu brauzerdə Bonapi.link brauzer əlavəsini quraşdırıb, yalnız internet alış-veriş üçün istifadə edin.

    Məsləhət №3: Sifariş etməmişdən öncə brauzerin bütün pəncərələrini bağlayaraq, cookie-faylları təmizləyin (Ctrl+Shift+Delete kombinasiyası kömək edə bilər). Brauzer tarixçəsiniz isə bütün müddət üzrə silmək lazım olacaq.

Sonda isə onu qeyd etmək istədik ki, Bonapi.link olaraq əsas işimiz partnyoru olduğumuz onlayn mağazalardan alış-veriş etdiyinizdə sizin kəşbəkinizi hesablamaqdır. Kəşbək məbləğini biz təsdiq etmirik və bütün əməliyyatlar avtomatik rejimdə, mağazalardan gələn məlumat əsasında bazamıza əlavə edilir. Eyni biz kəşbəkin hesablanıb-hesablanmayacağını da bilmirik və bu yalnız mağaza tərəfindən tənzimlənir. Yuxarıdakı qaydalara əməl etdiyinizdə, cashback hesablanacaq.

Uğurlu alış-verişlər arzulayırıq!