Trendyol-dan necə sifariş etmək olar?

  • Kategori

    Trendyol

  • Tarih

    14-04-2020 09:04

Trendyol Türkiyədən alış-veriş edən istifadəçilər arasında ən populyar saytlardan biridir. Lakin, buna baxmayaraq əksər vətəndaşlarımız trendyol.com saytından sifariş etmək istədiklərində bunu özləri deyil, kənar şəxslərin yardımından istifadə etməyi üstün tuturlar. Məhz buna görə də sizlərə Trendyol.com-dan sifariş etmə qaydası, Elit üzvlük və cashback ilə qənaət etmə yolları barədə yazmağı qərara gəldik.

İlk növbədə Trendyol saytına Bonapi.link hesabınıza daxil olaraq, Aktivləşdir düyməsi ilə keçməyiniz lazımdır. Bu əməliyyatı yerinə yetirdikdən sonra, sizin kəşbək hesabınız aktivləşir və növbəti addımları uğurla yerinə yetirdikdən sonra, ödədiyiniz məbləğin (ƏDV çıxıldıqdan sonra) 3.36%-i sizin hesabınıza qaytarılır.

1. Qeydiyyatdan keçin.

Trendyol saytına keçdikdən sonra ilk növbədə qeydiyyatdan keçməyiniz lazımdır. Bunun üçün saytın sağ üst küncündəki “Giriş Yap” düyməsinə klikləyərək, “Üye ol” bölməsinə keçmək lazımdır. Saytda sizə öz şəxsi e-mail və şifrəniz və yaxud Facebook, Google hesabınızla qeydiyyat etmə təklif olunacaq.

2. Bəyəndiyiniz məhsulları səbətə əlavə edin

Qeydiyyatınız tamamlandıqdan sonra, saytın kateqoriyalarını gəzərək istədiyiniz məhsulu seçməyiniz lazımdır. Məhsul səhisində isə siz həm məhsul, həm onun qiyməti, satıcısı və endirim haqqında məlumat əldə edə bilərsiniz.

Sizə uyğun ölçü, rəng və digər parametləri təsdiq etdikdən sonra, “Sepete ekle” düyməsinə basaraq, həmin məhsulu səbətinizə əlavə edin. Başqa məhsullar da almaq istəyirsinizsə, səbətə keçməyə tələsməyin. Axtarışa davam edərək, digər məhsulları da eyni qayda ilə səbətinizə əlavə edə bilərsiniz.

3. Səbətdəki məhsullarını təsdiq edin

Almaq istədiyiniz bütün məhsulları seçib bitirdikdən sonra, sifarişinizi tamamlamaq mərhələsinə gəlib çatırıq. Bu hissədə səbətinizə daxil olaraq, seçdiyiniz məhsulları yoxlaya, hər məhsul sayını artıra və ya silə bilərsiniz. Bundan əlavə sağ tərəfdə səbətdəki məhsulların toplam qiyməti, türkiyə daxili karqo daşıma haqqı, tətbiq edilən endirim və nəhayət sonda sizin ödəyəcəyiniz məbləğ göstərilir. Hər şey qaydasındadırsa, növbəti addıma keçə bilərik.



4. Çatdırılma ünvanını daxil edin.

Sifarişi tamamalamamışdan öncə çatdırılma ünvanınızı da daxil etməlisiniz. Təəssüflər olsun ki, trendyol.com və digər türkiyə mağazaları Azərbaycana məhsul göndərmirlər və sifarişlər yalnız Türkiyə daxilində çatdırılır. Məhz, buna görə də siz Türkiyədən kargo ilə daşıma həyata keçirən Limak, Starex, Mover, Dynamex kimi şirkətlərin saytlarında özünüzə hesab açaraq, sizin adınıza bağlı xarici ünvandan istifadə etməklə, sifarişinizi həmin ünvana çatdıra bilərsiniz.


Bağlamanız, kargo şirkətin ünvanına çatdırıldıqdan sonra, bir neçə gün ərzində Bakı anbarına, oradan isə kuryer ilə sizin ünvanınıza çatdırılacaq. Kargo şirkətləri, qiymətləri və daşınma qaydaları haqqında həmin şirkətlərin rəsmi səhifələrindən tanış ola bilərsiniz.

5. Ödəniş metodu

Çatdırılma ünvanını daxil etdikdən sonra, növbəti etapda Ödəmə metodunu daxil etməlisiniz. Onlayn sifariş üçün sizin bank kartınız olmalıdır. Kart məlumatlarını qeyd olunmuş xanalara daxil etməklə təsdiq etməlisiniz. Kartınızı istəsəniz Trendyol hesabınızın yaddaşında saxlaya bilərsiniz ki, növbəti dəfə təkrar daxil etməyəsiniz. Eyni zamanda bir hesabda bir neçə kartı yaddaşa vermək olar. Beləliklə, bir kartda pul olmadıqda, digəri ilə ödəməni tamamlamaq mümkündür.

6. Sifarişi tamamlayın

Yuxarıda qeyd olunmuş bütün əməliyyatları yerinə yetirdikdən sonra, sifarişi yekunlaşdırmaq üçün Sağ üst küncdəki “Ödeme yap” düyməsi altında “Ön Bilgilendirme koşulları ve Mesafeli satış sözləşməsi” ilə tanış olduğunuzu təsdiq edən xananı işarələyib, Ödəmə Yap düyməsinə klikləmək lazımdır. Bank kartınızda 3DSecure aktivdirsə, kodu daxil etmək üçün xüsusi xana açılacaq. SMS və ya ATM-dən çap etdiyiniz bir dəfəlik şifrəni daxil edərək, təsdiqlədikdən sonra, sifarişiniz tamamlanacaq.

7. Bağlamanın izlənməsi

Sifarişinizi tamamladıqdan sonra, trendyol hesabınızdakı “Siparişlerim” bölümünə daxil olaraq sifarişinizin statusu haqqında məlumat əldə edə bilərsiniz. Mağaza bağlamanızı türkiyə daxilində çatdırlmaya göndərdikdə “Kargoya verildi”, sizin xaricdəki ünvana çatdırıldıqda isə “Teslim edildi” statusunu görəcəksiniz. Bağlamanız təhvil edildikdən sonra, trendyol ilə işimiz bitir və karqo şirkətinin saytından sizin ünvana çatdırılmasını gözləmək qalır.

Türkiyədən Azərbaycana çatdıran karqo şirkətlərin səhifələrində isə çatdırılma qaydası, lazım olan sənədlər barədə məlumatları əldə edə bilərsiniz.

Nəhayət əgər Bonapi.link-dan keçərək yuxarıda qeyd edildiyi kimi ardıcıl olaraq sifarişinizi etmisinizsə, Bonapi.link hesabınızda cashback məbləğini görəcəkisiniz. Növbəti alışlar zamanı Bonapi.link saytından keçmədən cashback hesablanmasını istəyirsinizsə, Bonapi.link Chrome Brauzer əlavəsini quraşdıraraq, aktivləşdirin. Bundan sonra, bir-başa trendyol.com saytına keçsəniz belə, brauzer əlavəsi aktivləşdirilərək kəşbəkinizi avtomatik olaraq hesablayacaq.

Ümid edirik, bu məqaləmiz sizə trendyol.com saytından sifariş etməyinizə yardım edəcək. Növbəti məqaləmizdə isə Trendyol Elit üzvlük şərtləri və verdiyi üstünlüklər barədə məlumat paylaşacağıq. Uğurlu alış-verişlər.