Aliexpress-i əvəz edəcək 6 alternativ mağaza

Pandemiya dövründə Aliexpress daşıma və sifarişlərin ləğvindən dolayı yaşanan problemlərə görə, Azərbaycan daxil bir sıra ölkələrə çatdırmalarda limitlər tətbiq etməyə başlayıb. Buna görə də Aliexpress-dən sifariş etmək ya çox baha başa gəlir, ya da heç bir halda mümkün deyil. Yaranmış problemlə əlaqədar Bonapi.link olaraq Aliexpress-i sizin üçün əvəzləyəcək alternativ Çin mağazaları haqqında paylaşmaq istərdik. 

Gearbest - 8% CASHBACK

Gearbest internet mağazası 18 müxtəlif kateqoriyadan olan smartfon, qadcetlər, ev əşyaları, geyim, ayaqqabı, oyuncaq, idman məhsulları və digər məhsullarının satışını həyata keçirir. Gearbets ABŞ, Avropa və Asiyada yerləşən anbarlarından dünyanın bir çox ölkələrinə sürətli çatdırılmanı həyata keçirir. Geniş çeşidli məhsul kateqoriyasının mövcud olması bu mağazadan hər istəyə uyğun məhsul almaq imkanı vermiş olur.

GearBest-də satılan məhsulların əksəriyyətinə pulsuz çatdırılma tətbiq olunur. Sifariş edilmiş məhsulların çatdırılması 25-50 iş günü ərzində həyata keçir. Cəlbedici promo aksiyalara isə saytda tez-tez rast gəlmək mümkündür. Saytda “Sale” bölməsinə daxil olaraq, hal-hazırda aktiv endirim aksiyaları haqqında məlumat əldə etmək mümkündür. GearBest-dən alınan malları 45 gün ərzində heç bir sual soruşulmadan geri qaytarmaq mümkündür. Mağazadan alınan bütün mallara 1 illik zəmanət tətbiq olunur (məhsul ilə bağlı səhifədə digər hal nəzərdə tutulmayıbsa).

Bütün bunlara əlavə olaraq Bonapi.link ilə Gearbest saytından 8%-dək pulunuzu geri ala  bilərsiniz.

 

Banggood - 4.8% Cashback 
 

Banggood.com qlobal elektron ticarətdə mühim yerlərdən birini tutan Çin əsilli müxtəlif növ məhsulların satışını həyata keçirən internet mağazadır. Mağaza 14 fərqli kateqoriyada məhsulların satışını həyata keçirir; elektronika, smartfonlar, Apple aksesuarları, geyim, idman malları və digər məhsullar. Sizə lazım olan məhsulları buradan münasib qiymətlərə əldə edə bilərsiniz.

Saytda satılan məhsulların ucuz qiymətlərinə səbəb Banggood-un bir-başa istehsalçılarla sıx işləməsidir. Aşağı qiymətlərlə yanaşı Banggood saytda satılan məhsulları dünyanın hər nöqtəsinə göndərir, tez-tez endirim aksiyaları, xüsusi təkliflər və yeni çıxacaq məhsullara öncədən satışlar həyata keçirir.

“Flash deals” bölməsində hal-hazırda aktiv olan endirim və xüsusi təkliflər yer alır. Bütün bunlarla yanaşı daha çox qənaət etmək üçün bu mağazaya aid xüsusi kuponlardan yararlana bilərsiniz.

Bonapi.link ilə Banggood 4.8%-dək pulunuzu geri ala bilərsiniz. 

 

DHGate - 12% Cashback

DHgate.com, Çin istehsalı olan mallar üçün dünyanın aparıcı onlayn topdansatış bazarıdır, beynəlxalq alıcıları başqa yerdə tapılmayan keyfiyyətli məhsullar təklif edən Çin topdansatış satıcıları ilə birləşdirir. DHgate geniş çeşiddə 30 milyondan çox məhsula ev sahibliyi edir. Gəlinlik paltarları, tablet kompüterləri və mobil telefonlar kimi ən çox satılan məhsullarda aşağı qiymətləri əldə edin. DHgate-dəki satıcılar Çindən çox cəlbedici qiymətlərlə çox sayda mal təklif edirlər. Burada Çin elektronikası və populyar qurğular üçün ucuz aksesuarlar, ucuz paltar, ayaqqabı, zərgərlik, saatlar, idman malları, məişət əşyaları, oyuncaqlar və s. demək olar ki, DHgate-də Çində istehsal olunan, hər cür istehlak malları var. Saytda satılan məhsullar bütün dünyaya poçt vasitəsilə göndərilir.

Bonapi.link ilə DHgate.com 1.6 -12%-dək pulunuzu geri ala bilərsiniz. 


 

DealExtreme - 4% Cashback

2005-ci ildə qurulan DX, Çinin internet üzərindən elektronika üzrə istehsalçıdan bir-başa müştəriyə pərakəndə satışları həyata keçirtməyə başlayan ilk mağazalardan biridir və bu gün 1 milyondan çox müştərisi və 400 tədarükçüsü ilə aparıcı yerlərdən birini tutub.

DX, 4000-dən çox kateqoriya, 200.000 məhsul və hər gün 150 yeni məhsul əlavəsinə sahib olan sənayedə ən böyük onlayn mağazalardan biridir. DX Çin mağazaları arasında ən yaxşı zəmanətə malikdir. Bütün əşyalar müştəriyə çatdığı andan 5 günlük aktiv zəmanət ilə əhatə olunur. Əksər əşyalar 90 günlük pulsuz qüsurlu dəyişdirmə zəmanəti və 150 günlük təmir zəmanətinə sahibdirlər.

DX bütün məhsullara dünya üzrə pulsuz göndərmə təklif edir.

Bonapi.link ilə DealExtreme-dən 4%-dək pulunuzu geri ala bilərsiniz. 

 

JoyBuy - 70%-dək Cashback

Aliexpress-dən sonra Çinin ikinci ən böyük internet mağazası JoyBuy.com-dan sizə Çin istehsalçılarından axtardığınız hər növ məhsulu tapmaq mümkündür.

Dövriyyəsi ilə Çinin ən böyük ticarət platforması olduğu üçün JD.com, hazırda ümumi sayı 200 milyona yaxın müştəri ordusuna sahib dünya səviyyəli onlayn pərakəndə satış xidmətləri təklif edir. Onlayn mağazada siz çox saylı kateqoriyalarda; Smartphon və Aksesuarlar, Məişət elektronikası, Kompyuter və Aksesuarlar, Gaming, ağıllı cihazlar, Audio və video məhsullar, aksesuarlar, foto və video (Joy Collection), Oyuncaq və hobbi, İdman məhsulları, Ev və bağ, Sağlamlıq və gözəllik, Uşaqlar üçün məhsullar, Bəzək əşyaları, ev heyvanları üçün məhsullar, Geyim və geyim aksesuarları, Çin dilində kitablar, Avtomobil üçün aksesuarlar və digər kateqoriyalardan sifariş etdiyinizdə Bonapi.link sizə 0.8% - 72.8% arasında pulu geri qaytarır.

 

CesDeals - 8% Cashback


Cesdeals.com (köhnə adı Newfrog.com) - internet itcarət ilə məşğul olan Çin əsilli şirkətdir. İnternet mağazada minlərlə kateqriya üzrə məişət texnikası, kompyuter aksesuarları, videoyunlar, iPhone və iPod üçün akseasurarlar və digər elektronika məhsullarını inanılmaz qiymətlərlə və işıq sürəti ilə göndərməyə hazırdır. CesDeals-dən aldıqda digər veb saytlara nisbətən 10-70% daha çox endirim əldə edə bilərsiniz. Mağaza istənilən məhsula pulsuz göndərmə xidməti təklif edir.

Bonapi.link ilə CesDeals-dən 8%-dək pulunuzu geri ala bilərsiniz.