Bonapi.link Brauzer əlavəsi

Bonapi.link ilə internet mağazalardan alış-veriş etdikdə rahatlıqla cashback qazanmaq indi daha rahat oldu. Komandamız tərəfindən hazırlanmış Bonapi.link Brauzer əlavəsini yükləyərək, partnyor olan internet mağazalara daxil olduqda, cashback haqqında məlumat əldə etməklə, avtomatik rejimdə pulunuzun geri alınması üçün işə düşəcək. Brauzer əlavəsi quraşdırılaraq aktivləşdirildikdən sonra, cashback qazanmaq üçün, hər dəfə Bonapi.link saytından keçid etməyə ehtiyyac yoxdur. 

Qeyd etmək lazımdır ki, Bonapi.link brauzer əlavəsi Chromimum əsaslı brauzerlərə quraşdırıla bilər; Chrome, Opera, Microsoft Edge, Yandex Brauzeri misal göstərmək olar. 

Bonapi.link brauzer əlavəsini quraşdırılma və istifadə etmə qaydaları haqqında aşağıda tanış ola bilərsiniz.

Brauzer əlavəsini buradan və yaxud Bonapi.link saytının ana səhifəsindən yükləyə bilərsiniz. Linklə keçid etdikdən sonra, Chrome WebStore-da yerləşən Bonapi.link brauzer əlavəsi səhifəsinə keçmiş olacaqsınız. Burada proqram haqqında məlumat ilə tanış olaraq "Add to Chrome" düyməsinə klikləməyiniz lazımdır.

 

Quraşdıram düyməsinə kliklədikdən sonra, sizə brauzerə Bonapi.link əlavəsinin yüklənməsi haqqında xəbərdarlıq göstəriləcək. Xəbərdarlıq pəncərəsində "Add extension" düyməsinə klikləməklə, proqram təminatının quraşdırılmasına icazə vermiş olacaqsınız.

 

Brauzer əlavəsi quraşdırıldıqdan sonra, yuxarı sağ küncdə Bon loqolu düymə aktivləşəcək. Bon düyməsinə kliklədikdə açılan ilk pəncərədən, sizə Bonapi.link hesabınıza daxil olmaq təklifi olunacaq. Daxil ol düyməsinə kliklədikdə, yeni pəncərədə Bonapi.link saytının əsas səhifəsi açılacaq. Bonapi.link hesab məlumatlarınızı yazaraq sadəcə hesabınıza daxil olmaq lazım olacaq. Hesaba daxil olduqdan sonra, brauzerdə Bon düyməsinə kliklədikdə, proqrama daxil olduğunuzu görə bilərsiniz.

 

Brauzer əlavəsi aktivləşdirildikdən sonra, Bonapi.link partnyor internet mağazaya daxil olduqda, proqram təminatı partnyor səhifəni tanıyaraq avtomatik rejimdə səhifəni yeniləyərək, yenidən mağaza səhifəsinə qaytaracaq. Bunun üçün 3 saniyəlik yenilənmə səhifəsini görəcəksiniz. Səhifə yeniləndikdən sonra, mağaza sizi Bonapi.link üzvü olaraq tanıyır və cashback-inizi hesablayır.

Yenilənmiş səhifə açıdıqdan sonra, Brauzer əlavəsinə daxil olduqda Cashback bölməsində hal-hazırda olduğunuz mağazanın loqosu, cashback məbləği və Cashback-in aktivləşdirildiyini təsdiq edən AKTİVLƏŞDİRİLDİ düyməsini görə bilərsiniz.

 

Brauzer əlavəsinin Mağazalar bölümünə daxil olduqda isə, partnyor mağazaların bəziləri ilə tanış ola və buradan da onlara keçid edə bilərsiniz.

 

Brauzer əlavəsinin Hesabım bölməsinə daxil olduqda isə, Aktiv və Gözləmədə olan cashback balansınız haqqında məlumat əldə edə bilərsiniz. Bundan əlavə pəncərənin alt hissəsində Dostlarınızı dəvət edərək, əlavə 5% cashback qazana biləcəyiniz proqram keçidini kopyalayaraq, sosial şəbəkələr vasitəsilə dostlarınız ilə paylaşa bilərsiniz.

 

Daxil olduğunuz səhifə Partnyor siyahımızda olmadıqda, Cashback bölümündə mağaza haqqında məlumatı görə bilməyəcəksiniz. Bu o deməkdir ki, bu mağazadan alış-veriş etdiyinizdə cashback hesablanmayacaq.

 

Nəhəyət, Xəbərlər bölümünə daxil olduqda Bloqumuzda paylaşılan xəbər və məqalələr haqqında məlumat ala və onlara keçid edə bilərsiniz.

 

Bonapi.link Brauzer əlavəsi yalnız Desktop kompyuterdən daxil olduqda işləyir. Mobil brauzer üçün əlavəni quraşdırmaq mümkün deyil. Bundan əlavə, bəzi Brave kimi chromium əsaslı brauzerlərdə proqram təminatı quraşdırıla bilinsə belə, brauzerə quraşdırılmış xüsusi adbloker bəzi mağazlardan cashback qazanmağınızı bloklaya bilər. 

Bonapi.link saytı və ya Bonapi.link brauzer əlavəsindən istifadə etdikdə, cashback-in hesablanması və itməməsi üçün düzgün alış-veriş qaydalarına diqqət etməyiniz vacibdir. Buna görə də Kəşbək hesablanma qaydaları ilə tanış olmağınız mütləqdir.