- Kateqoriya
- Tarix
20-02-2020 01:02
Onlayn alış-veriş zamanı kəşbəkiniz (cashback) hesablanmırsa, təbii ki bunun səbəblərini bilmək istəyirsiniz. Bəzən mağazalar kəşbəki ləğv edir, bəzən buna kompyuterə quraşdırılmış antivirus və ya brauzer adblok-eri mane olur, bəzən isə aidiyyatı olmayan digər brauzer əlavələri sizin kəşbək-i oğurlaya bilər.
Hansı proqramlar sizin cashback-i oğurlaya bilər?
Kəşbəkinizin qeydə alınmamasının səbəblərindən biri də, onlayn alış-veriş təcrübənizi rahatlaşdırmaq üçün nəzərdə tutulmuş brauzer əlavələridir - məsələn AliTools, AliRadar, Aliexpress Seller və buna bənzər onlarla digər proqramlar.
İlk baxışdan faydalı görünən bu proqramlar sizin onlayn alış-veriş dostunuz olmağı hədəfləsə də, paralel olaraq sizə düşən kəşbəkə sahib çıxa bilirlər. Məsələn, siz Bonapi.link üzərindən sayta keçərək alış-veriş etdiyiniz anda, qeyd olunmuş proqram sizin brauzerinizə quraşdırılıbsa, brauzerə əlavə olunan cookie fayllarını silərək, əvəzinə öz məlumatlarını yazmaq hesabına, sizi kəşbəkdən məhrum edə bilər. Doğrusu burda qeyri adi bir məsələ də yoxdur, çünki bu proqramları yaradanlarında əsas gəlir mənbəyi məhz bu yolla pul qazanmaqdır. Ancaq, nəticədə itirən siz olursunuz.
Təbii ki, biz bu proqramlardan faydalandığınız halda onları silməyi təklif etmirik. Lakin, internet alış-verişdən kəşbək qazanmaq istəyirsinizsə, həmin anda bu proqramları deaktivasiya etməyiniz lazımdır.
Ən yaxşısı isə, internetdən alış üçün yeni, heç bir brauzer əlavəsi quraşdırılmayan brauzer açaraq, oradan sifarişinizi verməyiniz məsləhətdir.
Kəşbək qazanmağa mane ola biləcək Chrome, Opera, Firefox/Mozilla və Safari brauzerlərində quraşdırılan ən geniş yayılmış əlavələrin siyahısı ilə tanış ola bilərsiniz.
AliTools (Aliexpress Tools) – internet mağazaya daxil olduqdan bir gün sonra, yaddaşdakı cookie faylları öz faylı ilə əvəz edərək, növbəti gün üçün sizə hesablanmalı cashbak-i özünə götürmüş olur. Bunun qarşısını almaq üçün ya əlavəni söndürməli, ya da lazım olan sayta Bonapi.link üzərindən Aktivləşdirərək, təkrar keçməyiniz lazımdır.
AliRadar
AliTrust
AliDesk
Aliexpress Seller
AliPrice Assistant – Price Tracker
Aliexpress – Where is my order?
Aliexpress Shopping Assistant
Аmazing Shopping Helper
YahooChina
friGate CDN
FreeStiker
MusicSig vkontakte
Skyload
Savefrom.net
Həmçinin bağlamaların izlənilməsi üçün nəzərdə tutulmuş brauzer əlavələri də, kəşbəkinizə şərik çıxa bilərlər.
Reklam, banner və popup pəncərələrin açılmasının qarşısını alan proqramlar:
Adblock (Adblock Pro, Adblock Plus)
Adguard
Adwcleaner
uBlock
və s.
Reklam bloklayıcıları məlumatların Bonapi.link-dan internet mağazaya ötürülməsinə mane olurlar. Siz hər şeyi qaydaya uyğun sayta keçərək, məhsulu səbətə əlavə edib, promokod ilə ödəniş edirsiniz - AdBlock tipli proqramlar isə məlumat kanalının qarşısını bloklayaraq, mağazaya sizin kəşbək almaq istəyinizi göstərmir.
Limitlənmiş brauzer ayarları.
Bəzi brauzerlər istifadəçilərin şəxsi məlumatlarının qorunması məntiqi ilə özündə reklam və çərəz bloklayıcılarını tətbiq edirlər. Misal üçün, Brave brauzerindən istifadə etdiyinizdə, bir çox hallarda Bonapi.link saytından internet mağazaya keçid edib, sifarişinizi etdikdən sonra kəşbəkiniz hesablanmaya bilər. Digər brauzerlərdə isə Pop-up (açılan pəncərə) blokeri yeni pəncərədə kəşbəkli səhifəni açmağa mane olur. Brauzer ayarlarına daxil olaraq, bu qadağanı aradan qaldıra bilrəsiniz.
Bəzi antivirus və firewall-ar
Bir çox antivirusda, tanımadıqları keçidlərə girmək qadağana olunur, Bonapi.link isə hər istifadəçinin, hər keçidi üçün unikal və təkrar olunmaz keçid yaradır ki, bu məlumat əsasında kəşbək hesablana bilsin. Aşağıda qeyd olunmuş antivirus proqramları bu mövzuda xüsusilə seçildiklərindən, onlayn alış-veriş zamanı bu tip məqamlara diqqət etməyiniz vacibdir:
Avast (Аваст)
Dr.Web (Доктор Веб)
Kaspersky (Касперский)
kənar keçidləri bloklayan digər proqramlar.
Antivirusunuzu kəşbək ilə dostlaşdırma yolları haqqında isə buradan oxuya bilərsiniz.
Digər kəşbək xidmətlərin brauzer əlavələri
Ən geniş yayılmış kəşbək itmə səbəblərindən biri də - eyni anda bir neçə cashback xidmətə aid brauzer əlavələrinin quraşdırılmasıdır. Bəzən Bonapi.link saytından keçərək, alış-veriş edən adam, sonra bizə geri ödəməsinin hesablanmadığını deyir, araşdırdıqda isə məlum olur ki, digər kəşbək xidmətin brauzer əlavəsi aktiv olub və buna görə də vəsait digər sistemə hesablanıb.
Buna görə də biz sizə Bonapi.link-ın Chrome üçün rəsmi rəsmi brauzer əlavəsini quraşdırmağınızı tövsiyyə edirik.
Müxtəlif növ endirim, kupon və ümumiyyətlə internet mağazalarla bağlı brauzer əlavələri də həmçinin Keşbekin hesablanmasına mane olurlar.
Bir çox hallarda alıcıları kəşbək üçün bir saytdan keçərək, digər saytdan endirim kuponu götürür və tətbiq edir. Burada vacib diqqət ediləsi məqam ondan ibarətdir ki, bəzi mağazalar endirim kuponunun tətbiqindən sonra, yerdə qalan məbləğə görə kəşbək hesablayır. Bəzi mağazalar isə iki metoddan yalnız birini, əksər hallarda endirim kuponunu qəbul edərək, kəşbəki hesablamır. Digər hallarda isə ən son keçidin hansı saytdan olunduğu əsas götürülür.
Nəhayət bloqer və influenserlərin öz şəxsi səhifələri, sosial media hesabları (Facebook, İnstagram), YouTube kimi platformalarda yerləşdirdikləri keçidlərdən istifadə etdikdə, kəşbək sizin xeyrinizə hesablanmayacaq.
Əsas diqqət edilməli məqam ondan ibarətdir ki, Bonapi.link-dan keçdikdən sonra məhsulu almağınız lazımdır. Bir çox hallarda alıcılar, mağazaya başqa brauzerdən daxil olaraq əvvəlcədən məhsulu səbətə atır ki, sonradan axtarmasın. Daha sonra kəşbək saytından keçid edərək, səbətdəki məhsulların ödənişini edirlər. Bu halda kəşbək hesablanmayacaq (bəzi saytlar xaric). Buna görə də, məhsulları səbətə atsanız belə, kəşbək saytından keçid etdikdən sonra;
Səbətdəki məhsulu yenidən açmaq,
Səbətdəki məhsulları təmizləmək,
Açılmış məhsulları yenidən səbətə əlavə edərək, sifarişi tamamlamaq lazımdır.
Ümid edirik, yuxarıda qeyd edilmiş halları nəzərə alaraq, onlardan qaça və kəşbəkinizi geri ala bilərsiniz. Xeyirli alış-verişlər.