- Kateqoriya
- Tarix
08-04-2020 10:04
COVID-19 koronavirusuna görə karantinlə əlaqədar evdə qalıb, evdən işləmək məcburiyyətindəyik. Bu halda boş zamanımızda bayıra çıxa bilmədiyimizdən evdə başımızı hər hansı bir fəaliyyət ilə qatmalıyıq. Bütün bunları nəzərə alaraq sizin üçün 10 vaxt keçirmə metodu haqqında məlumat hazırladıq. Ola bilsin bəzilərini artıq tətbiq edirsiniz, bəziləri isə əminəm ki, sizin üçün yenilik olacaq.
1. Kino, Serial izləmək.
Ən bəsit və demək olar ki, adi vaxtlarda da etdiyimiz sadə vaxt öldürmə məşğuliyyətimiz təbii ki, filmlər izləməkdir. Kinoteatrların bağlı olduğu və yeni çıxacaq filmlərin vaxtlarının dəyişdirilməsi dövründə isə çox aktual mövzudur. Bununla belə çoxdan bəri izləmək istədiyimiz, lakin baxmağa heç zaman tapa bilmədiyimiz filmləri də izləyə bilərik. Hal-hazırda ivi.ru, Kinopoisk HD, okko.tv və digər platformalar müəyyən müddətlik təmamilə ödənişsiz və yaxud çox cüzi qiymətlə minlərlə kino, serial və cizgi filmlərə çıxışı açıblar.
Hal-hazırda isə WestWorld serialının 3-cü sezonunu getməkdədir və əgər Sci-fi janrında çəkilmiş, beyninizi yandıracaq bu möhtəşəm seriala hələ baxmamısınızsa, ilk sezonundan başlamağınızı şiddətlə tövsiyyə edirəm.
2. İdman ilə məşğul olmaq.
Evdə qaldıqda hərəkətlərimiz limitləndiyi üçün vaxtımızı gah divanda uzanaraq, gah da mətbəxə çay töküb, növbəti şirniyyatla içməyə sərf edirik. Şübhəsiz ki, bu cür rejimdə insan bədəni də tənbəlləşir və az hərəkətli olduğumuzdan artıq çəki yığmaqla yanaşı, immunitetimiz də zəifləyir. Buna görə də sizlərə evdə qaldığınız müddətdə bəsit də olsa idman, fitnesslə məşğul olmağı tövsiyyə edirəm. Axı qarşıdan yay gəlir...
Bonapi.link-dan istifadə edərək FLO, Puma, Reebok, Sneakscloud, Sporthink, Yalıspor, Gotosport, Under Armour, Sportive və hətta Aliexpress kimi mağazalardan istifadə edərək həm idman geyimləri, həm də ləvazimatlarını kəşbək ilə sifariş edə bilərsiniz.
3. Video oyunlar oynamaq
Təbii ki, kino, serial və idmandan yorulanda arada beynimizi dincəltmək də lazımdır. Buna görə də müxtəlif növlü video və storulüstü oyunlar oynamaq ən yaxşı metodlardan biridir. Düzdür stolüstü oyun oynamaq üçün bir neçə nəfərin olması lazımdır və karantini ailəniz ilə bir keçirirsinizsə, əla. Ancaq, stolüstü oyununuz yoxdursa onlayn Tetrisdən tutmuş, PUBG kimi milyonlarla insanın qoşulduğu virtual oyunlar oynaya bilərsiniz. Oyunlar bununla bitmir, bu müddətdə onlayn olaraq şahmat da oynaya, öyrənə və özünüzü inkişaf etdirə bilərsiniz. Karantindən sonra, kofeşopda oturaraq dostlarınızla şahmat oynayanda əminəm ki, şokda olacaqlar.
Onlayn və oyun konsolunuz üçün kəşbəkli oyunlar əldə etmək istəyirsinizsə Oyunfor və Gama Gama kimi partnyorlarımızdan istifadə edə bilərsiniz. Hələlik kəşbək olmasa da, yerli oyun portallarından isə Gamebuy və Konsoloyun-dan sifarişlərinizi edə bilərsiniz.
4. Kitab oxumaq
Pffff.... ən bəsit təklif kimi səslənsə də, iş çoxluğundan axırıncı dəfə hansı kitabı oxuduğunuz heç yadınızda da olmaya bilər. Bəzi kitablar yarımçıq qalıb, bəziləri isə rəfdə qalıb tozlanır. Bəlkə də, oxuyub hələ də başa düşmədiyiniz kitab da var, elə isə onu təkrar oxuyub anlamağın vaxtıdır.
Məhz buna görə də D&R, Idefix, kitap365, Inkilap və Temel kimi onlayn mağazalardan kəşbəklə kitab sifariş edə bilərsiniz.
5. Onlayn dərslərə yazılmaq
Çoxdandır ki, xarici dil öyrənmək, inkişaf etdirmək və yaxud proqramlaşdırma və ya dizayn dərsləri almaq istəyirdiniz? Elə isə bu arzunuza çatmaq üçün karantindən yaxşı nə ola bilər? Elə isə Bonapi.link ilə əməkdaşlıq edən Udemy, SkyEng, Otus, Skillbox, Netologiya kimi onayn təhsil platformalarından yararlanaraq bilik və bacarıqlarınızı artıra bilərsiniz.
6. Karaoke
Siz də mənim kimi, çox adam olan yerdə karaoke oxumağı sevmirsinizsə o zaman evdə olarkən karaoke əyləncəli vaxt keçirmək üçün ən yaxşı vasitələrdən biridir. Üstəlik elm sübut edib ki, musiqi həm idman, həm də təhsil zamanı yüksək effektivliyin əldə olunmasına yardım edir. Ən əsası isə əhval ruhiyyəmizi qaldıraraq, motivasiya edir. Həm musiqini özün oxuyanda, bur ikiqat təsir edir və kim bilir, bəlkə də özünüzdə gizli istedad aşkar edərək, karantindən sonra müğənni karyerası qura bilərsiniz. Hələ karantindən sonra, aşıb-daşacaq toyları demirəm...
Milyonlarla musiqini 4% cashback ilə yükləmək istəyirsinizsə Bonapi.link partnyoru olan Apple iTunes proqramından yararlana bilərsiniz. Apple məhsullarının istifadəçisi olmadığınız təqdirdə isə Spotify, Yandex Music, Youtube kimi çoxsaylı proqramlardan da yararlana bilərsiniz.
7. Meditasiya etmək
Səs küylü şəhər, stressli iş və gündəlik qaça-qaç bizə özümüzlə təklikdə qalıb, həyatımızı, arzularımızı analiz edib, yeni planlar qurmağa mane olur. İndi isə zaman boldur və onun bir hissəsini gələcək addımların analizinə sərf etmək ən düzgün işlərdən biri olacaq. Gündə cəmi bir saat sakit bir yerdə, gözlərini yumaraq karantindən öncəki həyata baxaraq, karantindən sonra etmək istədiklərinizi fikirləşin. Səyahət edəcəyiniz ölkələr, şəhər və kəndlər. Təhsil və karyerada yeniliklər, yaxın insanlar ilə münasibətlərdəki müsbət yöndə dəyişikliklər və digər. Meditasiya etməklə həm bədəniniz dincələ, həm də beyniniz daha aydın işləyə bilər. Ən əsası meditasiya ilə yatmağı bir-biri ilə qarışdırmayasınız.
8. Bloq yazmaq
Ola bilsin çoxdan bəri ağlınızda maraqlı ideya var, bəlkə də maraqlı lifehack, qənaət metodları, maraqlı yemək reseptləri və ya peşəniz ilə bağlı bilgiləri paylaşmaq planlarınız var idi. Əyləncə və meditasiyadan sonra, beyninizi boşaltmağın ən yaxşı yolu öz bilikləriniz ilə paylaşmaqdır. Bloq qurmaq isə elə də çətin deyil. Bunun üçün istər Facebook kimi sosial-şəbəkə, istərsə Medium kimi hazır bloq platformalardan yararlanmaq olar. Gəlin yaddan çıxartmayaq ki, bloq yalnız yazı yazmaq deyil, video və foto bloqerliyi də özündə cəmləşdirir. Buna görə də İnstagram və Youtube kimi platformalarda da öz yaradıcılığınızı paylaşa bilərsiniz. Bir neçə il sonra isə karantin dövrü çəkdiyiniz videolara baxaraq nostalji hallar yaşaya bilərsiniz...
9. Podkast yayımlamaq
Əgər bloq yazmaq və ya video bloq çəkmək sizin üçün darıxdırıcı gəlirsə, o zaman ekstrimal yolu seçərək canlı efirə qonaqlar dəvət edərək müxtəlif mövzularda söhbətlər edə bilərsiniz. Bunu istər Facebook, istərsə də Youtube canlı yayımları edə bilərsiniz. Daha rəngarəng video yayımlar üçün xüsusi proqram təminatlarından da istifadə edə bilərsiniz. Lakin, ən əsas qonağın kim olması və hansı mövzuda danışacağınızdır. Mövzular sonsuzdur; karantin dövründə hamının beynini yemiş koronavirusdan tutmuş, ümumiyyətlə gündəmdən uzaq mövzular barədə danışmaq olar. Əsas odur ki, sizə qulaq asan şəxslərə maraqlı olsun və bir neçə il sonra baxdıqdan sorna facepalm etməyəsiniz...
10. İnternet alış-verişlərdən qazanmaq
Nəhayət gələk siyahımızın sonuna. Burada isə sizlərə karantindən sonra küçəyə çıxdıqda nə geyinəcəyiniz, necə görünəcəyiniz barədə düşünməmək üçün, indidən onlayn alış-veriş etməyinizi tövsiyyə edəcəyik. Birincisi ona görə ki, hal-hazırda geyim və aksesuar satan mall-ar bağlı, internet mağazalarda isə çoxsaylı endirim və aksiyalar hökm sürür. Bütün bunlarla yanaşı sərfəli qiymət və cashback ilə birlikdə siz yalnız qazanırsınız. Vəziyyətdən istifadə edərək Türkiyənin məşhur onlayn mağazaları Trendyol, Morhipo, Boyner, EXXE və digərlərindən hər zövqə uyğun geyimlər sifariş edə bilərsiniz. Qazancdan söz düşmüşkən, dostlarınızı da Bonapi.link-ın Dostunu dəvət proqramı vasitəsilə dəvət etdiyinizdə, onların bütün qazandıqları cashbacklərin 5%-i sizə hesablanacaq.
Mən əminəm ki, yuxarıda qeyd olunmuş fəaliyyətləri düzgün vaxt bölgüsü ilə ardıcıl etməklə, karantindən sonra həm dünya görünüşünüz, həm sağlamlığınız, həm də bilikləriniz güclənmiş olar. Bonapi.link ilə isə həm xərclərinizə qənaət edə, həm də əlavə pul qazana bilərsiniz. Özünüzü qoruyun, əlinizə düşmüş imkanlardan maksimum faydalanın, hər şey əla olacaq!