"Netoloqiya" top menecerlər üçün Soft Skills adlı təlimlərə başlayır.

«Нетология» yeni başlayan idarəedənlər və top-menecer olmaq istəyənlər üçün yeni Soft Skills proqramına başlamışdır.

«İdaərəedən üçün Soft Skills» adlı ilk proqram 29 iyun 2020 tarixində başlayaraq, beş ay müddətində davam edəcək. Proqrama praktiki məşğələlərlə vebinarlar və müxtəlif keyslərin müzakirəsi üçün onlayn görüşlər daxildir.

Təlimçilər arasında — biznes təlimçi Olqa Larkina, «ВКонтакте» şirkətinin keçmiş HRD Serqey Şulqa, «Открытия» bankının xarici əlaqələr şöbəsinin rəisi Andrey Barkovskiy və digərləri yer alır.

Kurs müddətində iştirakçılar: əməkdaşlar ilə danışıqların aparılması, səlahiyyətlərin bölüşüdürülməsi, işçilərin motivasiyası və inkişfı istiqamətində görülməli işlər və çətin hallarda vacib qərarların verilməsi haqqında öyrənəcəklər. Təlimin qiyməti 45 min rubl (1,102.5 AZN) təşkil edəcək.

«Нетология» gələcəkdə buna bənzər daha çox proqramın əlavə edilməsi üzərində çalışır.