- Kateqoriya
- Tarix
01-05-2020 12:05
Aliexpress yenə oyun çıxardır və Azərbaycanda bağlamalar ya göndərilmir, ya da sadə və ucuz poçt daşınması ləğv edilərək, əvəzində bahalı EMS və DHL təklif olunur. Nə üçün bu hal baş verir soruşursunuzsa, hələ bu ilin Yanvar ayında paylaşdığımız - Sifarişim gecikir, nə etmək lazımdır? - adlı məqaləmizi oxumaq lazımdır. Qısaca desək, mövcud vəziyyət əsasən iki haldan qaynaqlanır:
- Çindən Azərbaycana göndərilən bağlamalar ya yola salına bilmir, ya da Azərpoçt qəbul edə bilmədiyinə görə, ordan bura məhsul göndərmək mənasızdır.
- İkinci hal isə son dövrlər sosial şəbəkə iştirakçıları arasında geniş yayılmış, məhsul azacıq gecikər-gecikməz tələsik disput açaraq, pulunu geri tələb etməkdir.
Birinci halda problem budur ki, alıcı sifarişini edir, satıcı isə məhsulu göndərir. Lakin, Azərbaycan tərəfi yük daşımalarını qəbul etmədiyindən bağlamalar ya Çinin poçt daşıma anbarlarında ilişib qalır, ya da hardasa tranzit ölkədə itir. Bu halda nə satıcı, nə də alıcı günahkar olmasa da, pandemiyanın nəticəsi olaraq gecikmə yaranır. İtirən isə satıcı olduğundan, problemli istiqamətlərdə məhsul göndərilməsini dayandırır və yaxud problemsiz (ancaq bahalı) yük daşıma xidmətlərindən istifadə etməyi seçir.
İkinci haldan isə bir çox halda alıcılar sui-istifadə edir və məhsul gəlib çatsa belə, disputu davam etdirərək pulunu geri ala bilir. Buna görə satıcılır bu hallardan qaçmaq üçün ümumiyyətlər problemi ölkəyə məhsul göndərilməsini dayandırmaq qərarını verir.
Problemi başa düşdük, bəs necə həll etmək olar? Mövcud vəziyyətdə edə biləcəyimiz yalnız daha ucuz xidmət göstərən karqo şirkətlərinin xidmətlərindən yararlanmaqdır. Hal-hazırda Azərbaycan ərazisində 26+ xaricdən sifarişlə bağlama gətirən karqo şirkətləri mövcuddur. Bu şirkətlər sizə həm bir neçə xarici ölkədə anbar ünvanı, həm də qısa müddət ərzində çatdırılma ilə təmin edə bilirlər.
Etməli olduğunuz tək şey, həmin şirkətlərin saytlarında qeydiyyatdna keçərək özünüzə xaricdə ünvan açmaq və Aliexpress-dən sifariş etdiyinizdə, çatdırılma ünvanı olaraq karqo ünvanını seçməkdir. Bu əməliyyat üçün ən rahat ölkə kimi ABŞ anbarını seçərək, sifarişinizi ABŞ-dakı ünvana göndərməyini istəyə bilərsiniz. Bəzi şirkətlərdə isə Rusiya və HongKong ünvanları da əldə etmək olur ki, onlardan da istifadə edə bilərsiniz. Lakin, Türkiyə ünvanından istifadə etmək məsləhətli deyil. Belə ki, Türkiyəyə xaricdən idxal olunan məhsullara yüksək vergi tətbiq edildiyindən, sizin bağlamanız heç ünvana çatmaya da bilər.
Karqo şirkətlərindən ABŞ ünvanı verən Starex, Limak, Mover, Camex, Colibri kimi şirkətlərin xidmətlərindən istifadə etmək olar.
DİQQƏT - karqo şirkətlərindən sifariş zamanı belə yuxarıda qeyd edilmiş problemlər yarana bilər. Buna görə də tələsik qərar verərək disput açmayın. Əks halda Aliexpress satıcıları spesifik karqo ünvanlarına çatdırılmanı belə dayandıra bilərlər.