Xiaomi Mi Band 5 haqqında məlumat paylaşıb

Xiaomi şirkəti promo poster üzərində Mi Band 5 şəkillərini paylaşıb.

Yeni fitnes trekerin təqdimatından öncə, Xiaomi çinin sosial şəbəkəsi olan Weibo saytında Mi Band 5-in rəsmi posterini paylaşıb. Fitnes trekerin təqdimatı 11 İyun 2020 tarixində nəzərdə tutulub.

Mi Band 5 şəklində böyük OLED-displey, rəngli qolbaqları və ağıllı trekerin bir neçə funskiyasını görmək mümkündür.

Şaiyələrə görə Xiaominin yeni fitnes trekeri bütün dünyada təmassız MasterCard ilə ödənişlərin həyata keçirilə bilməsi üçün NFC modulu, SpO2 sensoru, stress və nəfəsin idarəolunması üçün yeni funksiyalar əldə edəcək.

Eyni zamanda qolbağın Çin versiyası səsli Xiao AI, qlobal versiyası isə Amazon Alexa dəstəyini alacaq. Mi Band 5-in təxmin edilən qiyməti 175 Yuan (~ 42 AZN ) olacağı gözlənilir.