Aliexpress cashback hesablanma qaydaları dəyişir!

Aliexpress internet mağazasının qaydalarında dəyişikliklər baş verir. Aşağıda əsas 3 dəyişiklik haqqında məlumatı paylaşırıq:

1) Azərbaycan, Belarus, Ermənistan, Rusiya, Gürcüstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Moldaviya və Qazaxstana göndəriləcək, bir sıra məhsullara görə cashback hesablanmayacaq. Məhsulun kəşbəkli olub-olmadığını yoxlamaq üçün xüsusi form hazırlanır və tezliklə istifadəyə veriləcək.

2) Bundan sonra, kateqoriyalara görə faiz bölgüsü olmayacaq (mobil telefonlar, ev üçün əşyalar, geyim, Hot sale məhsullar və s.) Hazırda Aliexpress-də satış edən mağazalar özləri hər məhsula görə cashback faizi tətbiq edəcəklər. Bu istiqamətdə də, məhsulun yoxlanılması və kəşbək miqdarının yoxlanılaraq, göstərilməsi üzərində işlər aparılır. Bu məlumat təsdiq olunana qədər, məhsula görə kəşbək miqdarı yalnız məhsulun alışından sonra bilinəcək.

3) Cookie işləmə müddəti dəyişəcək. Çərəzlərin izlənmə müddəti barədə ətraflı məlumat verilməyib. Buna görə də yenilik olarsa, bu barədə məlumat verəcəyik.

Hələlik bu qədər. Bizi izləməyə davam edin və yeniliklərdən xəbərdar olun!