AliExpress bağlamaların göndərilməsində gecikmə ilə bağlı xəbərdarlıq yayıb

AliExpress sosial şəbəkələr vasitəsilə öz müştərilərini bağlamaların Covid-2019 koronavirusu ilə əlaqədar gecikə biləcəyi haqqında xəbərdarlıq edib. Şirkət bağlamaların tam təhlükəsiz olduğunu bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən Çindən göndərilən bağlamalar təmamilə təhlükəsizdir. Belə ki, virus bağlamanın səthində bir neçə saatdan artıq yaşaya bilmir və bir müddət sonra məhv olur.

Buna baxmayaraq bəzi sifarişlərin hazırlanaraq, göndərilməsində gecikmələr mümkündür, deyə Aliexpress-dən bildirilib. Şirkətin paylaşdığı video əlavədə, bütün bağlamaların dezinfeksiya olunduğu və işçilərin də maskalarda çalışdığı barədə məlumat verilir.